“Bu günə qədər 7 428 səhiyyə işçimiz koronavirusa yoluxub. Təəssüflə qeyd edirəm ki bu, yoluxma faktlarının 6,5%-ni təşkil edir”.
Bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca özünün açıqlamasında bildirib.
O, bundan başqa qeyd edib ki, hazırda Avropada bu göstərici 11% civarındadır: "Türkiyədə ümumi ölüm nisbəti bir çox ölkədən azdır. Ümid edirik ki, önümüzdəki günlərdə yoluxma sayında azalma, sağalanların sayında isə artma olacaq".
