|
Cənubi Koreyada anbarda baş verən yanğında 36 nəfər ölüb

Cənubi Koreyanın Kyongi vilayətində tikinti sahəsinin anbarına baş verən yanğında ən azı 36 fəhlə ölüb, 10 nəfər yaralanıb.

AZƏRTAC Yonhap agentliyinə istinadla xəbər verir ki, yanğın yerli vaxtla 13:32-də İçon şəhərində başlayıb. Hadisə yerinə gələn yanğınsöndürənlər təxminən 5 saatdan sonra yanğını nəzarət altına ala biliblər. Hazırda anbarda axtarış işləri aparırlar. Ölü və yaralı sayının çoxalması istisna olunmur. Çünki həmin tikinti sahəsində çalışan 78 nəfər barədə məlumatlar dəqiqləşdirilir.

Baş nazir Çunq-Sye-kyun axtarış-xilasetmə işlərinin sürətləndirilməsi ilə bağlı tapşırıq verib.