Pandemiya dövründə orta məktəblərdə dərslərin fəaliyyəti dayandırdıqdan sonra Təhsil Nazirliyi tərəfindən virtual dərslər həyata keçirilir.
Virtual dərslərdə iştirak etmək üçün 50 min müəllim qeydiyyatdan keçib.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi virtual dərslərdə iştirak edən müəllimlərə xüsusi güzəştli internet paketi təqdim edir.
Bu barədə təhsil naziri Ceyhun Bayramov məlumat verib.
Nazir digər operatorların da bu təşəbbüsə qoşulmasının mümkün olacağını açıqlayıb.
