"Həyata keçirilən tədbirlər planı çərçivəsində təhsil sahəsində çalışan 850 subyektə yardım edilib".
Bunu jurnalistlərə açıqlamasında təhsil naziri Ceyhun Bayramov deyib.
C.Bayramov bildirib ki, dövlətin həyata keçirdiyi tədbirlər planı çərçivəsində təhsil sahəsində çalışan şəxslərə də dəstək göstərilib.
Nazir qeyd edib ki, rəsmi qeydiyyat keçmiş fərdi hazırlıq kursları, dərs vəsaitləri çap edən müəssisələr və bir sıra istiqamətdə təhsillə bağlı fəaliyyət göstərən fiziki və hüquqi şəxslərə yardım edilib.
Nazir bildirib ki, ümumi olaraq 850 subyektə 6 milyon manat yardım edilib.
