|
Bərdədə avtomobillər toqquşub, iki qardaş ölüb

Bərdədə 2 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə rayonun Köbər kəndi ərazisində baş verib.

Rayon sakini, 1968-ci il təvəllüdlü Habil Məmmədovun idarə etdiyi “VAZ 2107” həmyerlisi, 1980-cı il təvəllüdlü Elnur Cəfərovun idarə etdiyi “Nissan” markalı avtomobillə toqquşub.

Nəticədə “Nissan” markalı avtomobilin sürücü E. Cəfərov hadisə yerində, sərnişini olan qardaşı Seymur Cəfərov isə xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.