|
Xanım spikerdən ilginc reaksiya:

Milli Məclisin plenar iclasında çıxış edən deputat Vahid Əhmədov səslərin sayılması müddətilə bağlı təklif verdi. Dedi ki, səsvermə proseduru zamanı səslərin 20 saniyə ərzində sayılması uzun vaxt aparır. V.Əhmədov bunun üçün 10 saniyənin kifayət etdiyini vurğuladı.

Milli Məclisin Sədri Sahibə Qafarova təklifi səsə qoydu və qəbul olundu.

İclasın sonrakı gedişində səslər 10 saniyə ərzində sayıldı. Bu operativlik spiker Sahibə Qafarovanın da ürəyincə oldu və maraqlı reaksiya verdi: “Vahid müəllim, niyə indiyə kimi susurdunuz? Bu neçə ildə niyə təklif vermirdiniz? İndi yaxşı ki, dediniz. Eşidirəm sizin dediklərinizi, ona görə reaksiya bildirirəm”.