|
Ombudsmanın hesabatı qəbul olundu

Milli Məclisin plenar iclasında Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) 2019-cu il üzrə məruzəsi müzakirələrdən sonra qəbul edildi. Deputatlar Ombudsman Səbinə Əliyevanın təqdim etdiyi məruzəni təqdir ediblər, bir sıra əlavə təkliflərini səsləndiriblər.

Deputat Qənirə Paşayeva xüsusilə də aliment fondunun yaradılması ilə bağlı təklifləri dəstəklədiyinə görə Ombudsmana təşəkkürünü bildirib, deyib ki, bu məsələnin illərdir həll olunmaması səbəbindən çoxsaylı ailələr, uşaqlar əziyyət çəkirlər.

83 deputat lehinə, 1 deputat bitərəf olmaqla məruzə qəbul edilib.