Rusiya Mərkəzi Bankının valyuta bazarına gündəlik intervensiyası rekord həddə çatıb. Qurumun açıqladığı məlumata görə, dünən – aprelin 23-də rublun məzənnəsinin qorunması üçün valyuta bazarında 23 milyard rublluq xarici valyuta satılıb.
Aprelin ortalarından eitbarın ölkənin valyuta ehtiyatlarından satışların həcmi getdikcə artır. Məlumat üçün qeyd edək ki, aprelin 17-də Rusiya Mərkəzi Bankı 14,8 milyard rubl, aprelin 21-də 16,8 milyard rubl, aprelin 22-də isə 19,2 milyard rublluq xarici valyuta satıb.
Beləliklə, martın 10-dan bəri Rusiya Mərkəzi Bankı rublun məzənnəsini saxlamaq üçün daxili bazarda 398,7 milyard rublluq(təxminən 53 milyard dollar) xarici valyuta satmış olub.
