Deputat Fazil Mustafa Milli Məclisin plenar iclasında qanunvericilik təşəbbüsü ilə çıxış etdi. O, Azərbaycan Xalq Cümhuriyyətinin işğalının 100 illiyi ilə əlaqədar olaraq konkret təklif verdi. “27 aprel 1927-ci il tarixdə Azərbaycan bolşevik Rusiyasının 11-ci ordusu tərəfindən işğalı olunub. Həmin vaxt Yalamada Azərbaycanın 300 qəhrəman oğlu Cümhuriyyətin müstəqilliyini qorumaq üçün hərbi qatarın qarşısına çıxaraq savaşıb, şəhid olub. Rus ordusunun qarşısını kəsərək şəhid olan həmin insanların xatirəsi əbədiləşdirilməlidir”.
Deputat Məhəmməd Əmin Rəsulzadənin vaxtilə yaşadığı mənzildə onun ev muzeyinin yaradılmasını da vacib saydı. F.Mustafa deputat statusu haqqında qanuna da əlavələr təklif etdi.
