|
Aydın Ağayev parlamentdəki vəzifəsindən azad edildi

Milli Məclisdə kadr və struktur islahatları davam etdirilir.

"Report" xəbər verir ki, Parlament Aparatının Analitik informasiya şöbəsinin müdiri Aydın Mirzəli oğlu Ağayev vəzifəsindən azad edilib.

Qeyd edək ki, 70 yaşlı A.Ağayev ixtisasca tarixçidir. 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. 2-ci dərəcəli dövlət müşaviridir.