|
Azərbaycanlı tələbə Moskvada vəfat etdi - FOTO

Azərbaycanlı tələbə Moskvada vəfat edib.

Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan Dillər Universitetin məlumat yayıb. 

Bildirilir ki, Təhsil 2 fakültəsinin akademik möhlətdə olan 4-cü kurs tələbəsi Tağızadə Nərmin Təbriz qızı martın 21-də Moskvada rəhmətə gedib.

"Universitetimizin rəhbərliyi və kollektivi adından Nərmin Tağızadənin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin!"

Nərmin Tağızadənin hansı səbəbdən vəfat etdiyi hələlik məlum deyil.