Dünya neft bazarında qiymət ucuzlaşması prosesi davam edir. Musavat.com Bloomberg-ə istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 10.13-də Londonun ICE birjasında Brent markalı neftin iyun fyuçersləri 14,69 faiz ucuzlaşaraq 16.49 dollara satılıb.
Nyu-Yorkun NYMEX birjasında ABŞ-ın WTI neftinin iyun fyuçersləri isə 6,57 faiz ucuzlaşaraq 10,81 dollara təklif olunur.
