ABŞ-da bir gün ərzində koronavirusdan ölənlərin sayı kəskin şəkildə artıb.
“Report”un məlumatına görə, bu barədə yerli və federal orqanların statistikası əsasında hesablamalar aparan Con Hopkins Universiteti bildirib.
Məlumata görə, Birləşmiş Ştatlarda bir gün ərzində 2 751 nəfər epidemiyanın qurbanı olub. Bununla da ölkədə epidemiyanın başlanğıcı anından ölənlərin sayı 45 minə çatıb. Birləşmiş Ştatlarda COVID-19 infeksiyasına yoluxanların sayı 820 min nəfəri ötüb.
ABŞ dünyada koronavirusa yoluxanların sayı, həm də COVID-19-dan ölümlərin statistikası üzrə liderdir.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
