Facebook şirkəti Hindistanın Reliance Industries holdinqinin tərkibindəki telekommunikasiya müəssisəsinə5,7 milyard dollar yatırım edib.
Bu barədə məlumat Facebook rəsmi bloqunda yerləşdirilib. İnvestisiyanın yerləşdirildiyi Jio Platforms Limited son 4 ilə yaxın dövrdə 388 milyon nəfərin İnternetə çıxışına şərait yaradıb. Facebook bu müəssisənin ən böyük minoritar səhmdarına çevrilib.
Reliance Industries holdinqinin sahibi Mukeş Ambani dünyanın ən varlı insanlarından biridir. Onun sərvətini Bloomberg agentliyi martda 41,8 milyard dollar həcmində qiymətləndirmişdi. Bu sərvətlə Ambani Asiyada yalnız Alibaba-nın sahibi Mek Madan geri qalır.
