|
Turan İbrahimov: "Bu, hər kəsin başına gələcək qəzadır"

Tanınmış teleaparıcı Turan İbrahimov xalq artisiti AFaq Bəşirızının ARB-nin canlı efirində nalayiq ifadələr işlətməs və bununla bağlı qalmaqala dair fikirlərini bölüşüb. Musavat.com aparıcının sosial şəbəkə statusunu dərc edir:

"Nəysə... Kaş heç olmayaydı. Amma bu, hər kəsin başına gələcək qəzadır. O tip verlişlərdə efiri doldurmaq heç də asan deyil. Maraqlı olsun, diqqət çəksin, reytinq versin deyə, aparıcı-müəlliflər çox əziyyət çəkməli olurlar. Yazıq Elgiz
nə bilsin ki, Afaq xanım söyəcək və söyüş efirdə eşidiləcək. Əsl, bildiyimiz qəzadır, qəza...

Amma MTRŞ çox çevik və adekvat reaksiya verdi. Bu reaksiya həm də bir mesajdır. Cəmiyyətə və bütün yayımçılara. Yəqin bir nüansı diqqətdən qaçırdınız. MTRŞ-nın yeni seçilmiş rəhbəri, ARB-nin keçmiş rəhbəridir. Və yeni rəhbərin ilk sərt qərarı da məhz keçmiş rəhbəri olduğu TV kanalla bağlı oldu. Mesaj deyəndə həm də bunu nəzərdə tuturam. Heç nə əvvəlki kimi olmayacaq!"