|
"... Yəqin ki, Messi əşyalarını yığaraq "Barselona"nı tərk edərdi" - Setyen

"Barselona"nın baş məşqçisi Kike Setyen komandanın kapitanı Lionel Messi haqda danışıb.

Qol.az İspaniya mətbuatına istinadən xəbər verir ki, o, argentinalı hücumçunun Kataloniya klubundan qalacağına inandığını deyib:
"Messinin komandanı tərk etməyəcəyinə əminəm. Leo burada qələbə qazanmağa yönəlmiş layihə qurduğumuza əmin olmasaydı, yəqin ki, əşyalarını yığaraq klubu tərk edərdi. Ancaq o, "Barselona"nın hər oyunda qalib gələ biləcəyinə inanır".