Aprelin 21-də Yaponiyanın Fukuoka prefekturasında uşaqları girov götürən şəxs polis tərəfindən saxlanılıb.
AZƏRTAC xəbər verir ki, girovlar restoran sahibinin 3 və 6 yaşında qızları olublar.
Uşaqların təqribən altı saat ərzində restoranda olduğu bildirilir. Həmin şəxs qızlara zərər yetirməsə də, tibbi yoxlama üçün onlar xəstəxanaya göndərilib.
Bildirilir ki, polis tərəfindən saxlanılan bu şəxs restoran sahibinin sinif yoldaşı olub və əvvəllər bu restoranda işləyib. Güman edilir ki, restoran sahibi ilə həmin şəxsin arasında qarşıdurmaya səbəb onun işdən çıxarılması olub.
