|
Almaniyada ötən sutkada 194 nəfər koronavirus qurbanı oldu

Almaniyada koronavirus infeksiyasından ölənlərin sayı 4 598-ə yüksəlib.

“Report” xəbər verir ki, bunu ölkənin Robert Kox İnstitutu açıqlayıb.

Məlumata görə, ötən sutkada daha 194 nəfər virusun qurbanı olub.

Bundan başqa, yoluxanların sayı da daha 1 785 nəfər artaraq 143 457-yə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 482 000-i ötüb. Bunların 652 170 nəfəri sağalıb, 170 470 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.