|
“Evə gedirəm” adlı portal bu gündən istifadəyə verilib

Xarici ölkələrdə yaşayan Azərbaycan vətəndaşlarının çoxsaylı müraciətləri nəzərə alınaraq onların ölkəyə gətirilməsi prosesində şəffaflığın qorunması və ümumiyyətlə vətəndaşlara çevik reaksiyanın verilməsi məqsədilə yaradılmış “Evə gedirəm” (www.evegedirem.info) adlı portal bu gündən istifadəyə verilib.

AzTV-də aparıcı Rüfət Həmzəyevin təqdimatı ilə “Koronavirus İnfo” verilişində Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bununla bağlı qaydaları açıqlayıb.

Qurum rəsmisi bildirib ki, İlkin mərhələdə bu portal vasitəsilə Azərbaycanın Rusiya Federasiyasında yaşayan vətəndaşları qeydiyyatdan keçə biləcəklər .

L.Abdullayeva portaldan qeydiyyatdan keçməyin qaydalarını da açıqlayıb.

Belə ki, vətəndaşlar portaldakı müraciət et bölməsinə daxil olaraq, özləri haqqında verilməsi zəruri olan məlumatları daxil edərək qeydiyyatdan keçə bilərlər. Qeydiyyatdan keçmiş vətəndaşlara online növbə veriləcək. Daha sonra onlara SMS və yaxud zəng vasitəsilə Azərbaycana qayıdacaqları tarix açıqlanacaq.

Bundan başqa, portalda vətəndaşlara quru və yaxud hava yolu ilə qayıtmaq istədiklərinə dair seçim şansı verilir. Biletləri olmayanlar isə ödənişli çarter reysləri ilə Azərbaycana gətiriləcək. Daha əyraflı mətndəki videomaterialda: