|
Prezident İlham Əliyev:

“Karantin rejimindən çıxış mərhələli şəkildə olmalı və indidən planlaşdırılmalıdır”. Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev və İqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə videobağlantı formatında keçirdiyi iclasda çıxışı zamanı deyib.
Prezident bildirib ki, hökumət bununla bağlı plan hazırlamalıdır: “Biz karantin rejimini mərhələli şəkildə sərtləşdirmişdik, eyni qaydada mərhələli şəkildə yumşaltmalıyıq. Bu hansı formada olacaq, bu məsələni hökumət və nazirliklər işləsin, təkliflər versin.
Yumşalma hansı sahələrdən başlamalıdır, biz bunu indidən planlaşdırmalıyıq. Ümid edirəm ki, hətta uzadılmış karantin rejimi dövründə müəyyən yumşalma istisna deyil. Amma yenə də biz addımlarımızı vəziyyətə uyğun şəkildə atmalıyıq”.