|
Azərbaycan üzləşə biləcəyi hər hansı çətinliyə qalib gəlmək əzminə sahibliyini sübuta yetirir

Ölkə vətəndaşı dünyanı bürüyən bəla ilə mübarizədə əldə olunan uğurlu nəticələrin müəllifinin kim olmasının fərqindədir

Bütün dünya koronavirusla mübarizə fonunda yeni və yeni olduğu qədər çətin bir mәrhәlә yaşayır. Dövlətlər bu mübarizədən, yaranmış ağır vəziyyətdən üzüağ, daha az itki itkilərlə çıxmaq uğrunda mücadilə aparır. Əksər inkişaf etmiş ölkələrin belə aciz duruma düşdükləri, ciddi itkilərlə üzləşdiyi günümüzün reallığına çevrilib.

Bəs Azərbaycanda vəziyyət necədir? Bu sual o baxımdan aktuallıq kəsb edir ki, ölkəmiz həm koronavirusla mübarizə aparır, həm də əsas gəlir mənbəyimiz olan neftin qiymətinin dünya bazarlarında kəskin uçuzlaşması faktı baş verib. Bu iki hadisənin birgə inkişafı Azərbaycana nə vəd edir?

Məhz Azərbaycanın neftdən olan gəlirlərinin kəskin azalması diqtə edirdi ki, koronavirusla mübarizədə daha sərt qadağa tədbirlərinə gedilməsin, iqtidadiyyatın inkişafına əngəl yaradan müəyyən sahələrin fəaliyyətinə icazə verilsin. Fəqət tam fərqli addımlar atıldı: xüsusi karantin rejimi tətbiq olundu, əksər yerlərdə (müəyyən dövlət və özəl qurumları istisna olmaqla), ticarət və əyləncə mərkəzlərinin fəaliyyəti dayandırıldı, park və ictimai istirahət yerlərinə insanların girişi qadağan edildi. Həmçinin, şəhərlərarası nəqliyyatın və Bakı Metropoliteninin fəaliyyəti tam dayandırıldı. İnsanların sağlamlığı və təhlükəsizliyi tədbirləri isə üst səviyyəyə çıxarıldı. Bununla Prezident İlham Əliyev onun üçün Azərbaycan vətəndaşının sağlamlığının hər şeydən önəmli olduğunu əməlləri ilə sübuta yetirdi. Və nəticə göz önündədir. Bu gün Azərbaycanın adı koronavirusla mübarizədə nümunəvi ölkələr sırasında çəkilir. İnsan itkisi az, sağalanların sayı çox, vəziyyət isə tam nəzarət altındadır.

Prezidentin tapşırığı ilə paralel olaraq əhalinin itkilətinin qarşısını alan qərarlar icra olunmaqdadır. Dövlət bütün imkanlarını səfərbər edib ki, Azərbaycan insan itkisi ilə üzləşməsin, vətəndaşların ehtiyacları qarşılansın. İlham Əliyev qәbul etdiyi fundamental qәrarlarla, imzaladığı sәrәncamlarla daim xalqın mәnafeyindәn çıxış etdiyini, habelә verdiyi vәdlәrin sırf әmәli fәaliyyәtә, praqmatizmә söykәndiyini, reallığa adekvat olduğunu isbat etməkdədir. “Biz birlikdə güclüyük” tezisini irәli sürən Azәrbaycan Prezidenti bu çətin dönəmdə ona bәslәnilәn ümidlәri tam doğrultmaqla, cәmiyyәtin bütün gözlәntilәrini gerçәklәşdirmәyә çalışmaqla, hәr bir fәrdin marağına xidmət edən çevik vә qәtiyyәtli qәrarlar verib.

Bütün bunları yaxından izləyən Azərbaycan vətəndaşları seyrçi mövqe tutmur. Son günlər ölkə rəhbərliyinə ünvanlanan minnətdarlıq məktublarında insanlar öz səmimi hisslərini ifadə edirlər. Koronavirusla mübarizədə Prezidentin tutduğu prinsipial, düşünülmüş yanaşma birmənalı olaraq yüksək dəyərləndirilir. Azərbaycan vətəndaşı dünyanı bürüyən bəla ilə mübarizədə ölkənin əldə etdiyi uğurların müəllifinin məhz Prezident olmasının fərqindədir.

Azərbaycan vətəndaşı əmindir ki, Prezident İham Әliyevin rәhbәrliyi ilә postpandemiya dövründə ölkəmiz mövcud baza әsasında iqtisadi inkişafını, bu inkişafın bilavasitә әhalinin sosial müdafiәsindә әks olunması konsepsiyasını davam etdirəcək. Ölkә vәtәndaşları hakimiyyətin həyata keçirdiyi siyasәtin alternativsizliyini birmәnalı başa düşür vә onun davamlı olmasına çalışırlar.

Hər bir dövlətin dayanıqlığı güclü iqtisadiyyat və bu iqtisadiyyatla yüksək yaşam standartlarına nail olmuş cəmiyyətlərin siyasi hakimiyyətdən razı qalması faktoruna bağlıdır. Vurğulanan faktor bu gün ortadadır. Eyni zamanda, xalq iqtidarla birliyini bu çətin günlərdə bir daha nümayiş etdirir. Bu, təkcə Prezidentə ünvanlanan minnətdarlıq məktublarında ifadə olunmur. Prezidentin bir jesti ilə Koronavirusla Mübarizəyə Dəstək Fonduna kütləvi şəkildə könüllü ödəmələrin həyata keçirilməsi, aztəminatlı ailələrə dəstək bu birliyin ifadəsi deyilmi?

Prezident insanların sağlamlığının hər şeydən önəmli olduğunu vurğulayıb və əminlyini bildirib ki, postpandemiya dövründə iqtisadi itkilər tez bir zamanda bərpa olunacaq. Bu əminliyin kökündə nə dayanır?

Bu əminlik ondan qaynaqlanır ki, Azәrbaycanda möhkәm tәmәllәrә söykәnәn sosial-iqtisadi siyasət mövcuddur. Davamlı tərəqqiyə xidmət edən bu siyasət İlham Əliyevin prezidentliyi dönəmində daha da güclənib. İqtisadiyyatın müxtәlif sahәlәrinin inkişafına, işsizliyin azaldılmasına, gәnclәrin faydalı mәşğulluğunun artırılmasına, regionların bәrabәr inkişafına, qeyri-neft sektorunun güclәndirilmәsinә, müәssisәlәrdә yüksәk standartlara cavab verәn mәhsulların istehsal olunmasına vә onların dünya bazarına çıxarılmasına, aqrar sektorda islahatların başa çatdırılmasına yönәlmiş bir sıra proqramlar icra olunub. Qeyri-neft sektorunun möhkәmlәnmәsi, iqtisadiyyatın neftdәn asılılıq dәrәcәsinin azaldılması, sosial infrastruktun yenilәnmәsini tәmin edәn kompleks tədbirlər həyata keçirilib, bölgәlәrdә özәl sektorun vә sahibkarlığın inkişafına xüsusi diqqәt ayrılıb. Əhalinin sosial rifahını gücləndirən çoxsaylı qərarlar qəbul olunub.
Beləliklə, bu gün Azərbaycan neft amili olmadan da üzləşə biləcəyi hər hansı çətinliyə qalib gəlmək əzminə sahibliyini sübuta yetirməkdədir.

İlham Əliyevin iradəsi, tapşırıq və sərəncamları məhz ona xidmət edir ki, Azərbaycan bu çətin sınaqdan şərəflə çıxsın, yenidən sürətli inkişaf mərhələsinə qədəm qoysun; vətəndaşın sosial yükünün altına girmək, onu rahat, firəvan həyata qovuşdurmaq iqtisadi güc nəticəsində tam real olsun! Ağıllı, düzgün iqtisadi təhlillər və güclü iqtisadiyyat bu çətin günlərdən az itkilərlə çıxmağa, vətəndaşları sosial dövlət modelində sosial baxımdan etibarlı şəkildə qorumağa aparıb çıxaracaq!