|
“Bu il həm də bizim ilk parlamentin süquta yetirilməsinin 100 illiyidir” -deputat

“27 apreldə Azərbaycan dövlətinin süquta yetirilməsinin 100 illiyi tamam olur. Bizim bu məsələyə siyasi qərarla münaisbət bildirməyimiz olduqca vacibdir”.

Deputat Fazil Mustafa bu fikirləri Milli Məclisdəki çıxışında söylədi. Millət vəkili dedi: “Biz müstəqil dövlətimizin süqutunun 100 illiyinə münaisbət bildirməliyik. Bəzən könüllülük prinsipi ilə birləşmədən söhbət gedir . Amma Məhəmməd Əmin Rəsulzadənin əsərində göstərilib ki, bizə tuşlanan topların hədəsi altında buiz dövləti təhvil verdik. Bu il həm də bizim ilk parlamentin süquta yetirilməsinin 100 illiyidir”.