|
Aydın Mirzəzadə: “Qara paltarlı oğlan mütləq onun yanında dayanacaq”

“Hörmətli Sahibə xanım, xahiş edirəm, siz də müavinləriniz də maska taxasınız”.

Bu təklifi Milli Məclisin plenar iclasında deputat Aydın Mirzəzadə parlament rəhbərliyinə xitabən söylədi. Dedi ki, pandemiya dövründə hər kəsin sağlamlığı önəmli məsələdir, o cümlədən sədarətdə əyləşənlərin.

A.Mirzəzadə dövlətin ayırdığı yardımlardan bəhs edərkən əksəriyyəti maraqlandıran bir məqama toxundu. Bildirdi ki, adına torpaq olan vətəndaşlar yardımdan məhrum olub: “Bu məsələ Nazirlər Kabinetinin Operativ Qərargahı tərəfindən nəzarətə götürülməlidir. Qoy bu məsələ araşdırılsın. Araşdırılsın ki, kimin torpaq sahəsi var və onlar əkilmir, istifadəsizdir. Bizim Dövlət Təhlükəsizlik Xidməti çox yaxşı işləyir. Mən əminəm ki, kimsə dövlət aldatmaq istəyirsə, qara paltarlı oğlan mütləq onun yanında dayanacaq”.