Milli Məclisin plenar iclasında çıxış edən deputat Azay Quliyev bələdiyyələrin fəaliyyətinə diqqət çəkdi. “Borclar yığılıb qalıb, sosial müdafiə fonduna ödənişlər edilmir”, deyən A.Quliyev aktları ləğv edilmiş bələdiyyələrlə bağı konkret məlumatların açıqlanmasını təklif etdi. Bildirdi ki, 2765-ə yaxın aktın ləğv edilməsi səbəbi məlum olmur. Bələdiyyələr inam o şəkildə olmalıdır ki, insanlar könüllü şəkildə vergilərini ödəsinlər.
A.Quliyev dedi ki, bu gün bələdiyyələrə müstəqil gəlir əldə etmə qaynaqları yaradılmalıdır. “Mən təklif edirəm ki, biz gələcəkdə bələdiyyə sədrlərinin birbaşa xalq tərəfindən seçilməsi məsələsinə baxaq”-A.Quliyev təşəbbüslə çıxış etdi.
Deputat həmçinin Bakı şəhərində bələdiyyələrin torpaq sahəsi verməklə bağlı sərəncam vermək hüququnun məhdudlaşdığını dedi və bu istiqamətdə addımlar atmağa çağırdı.
