Qlobal iqtisadiyyat koronavirusa görə nə qədər itirəcək?
|
S&P Beynəlxalq Agentliyi koronavirus pandemiyası üzündən qlobal iqtisadiyyatın tənəzzül səviyyəsini hesablayıb. Agentliyin aprel hesabatına görə, 2020-ci ildə virus dünya Ümumi Daxili Məhsulunun 2,4 faiz azalmasına gətirib çıxaracaq.
ABŞ iqtisadiyyatında kiçilmə 5,2 faiz, Avropada isə 7,3 faiz təşkil edəcək. Agentliyin ekspertləri 2021-ci ildə qlobal ÜDM-in 5,9 faiz, 2022-ci ildə isə 3,9 faiz artacağını gözləyirlər. Onların dediyinə görə, hazırda dünyada koronavirusa yoluxma halları azalan xətt üzrə gedir. Ölkələr üzrə iqtisadiyyatın bərpa sürəti hökumətlərin həyata keçirəcəyi siyasətlərdən çox asılı olacaq: səhiyyə sistemində, kiçik və orta biznesə dəstək sahəsində, əmək bazarında və sair.