Milli Məclisin növbəti plenar iclası Sahibə Qafarovanın sədrliyi ilə öz işinə başlayıb. Xanım sədr əvvəlcə aprelin 14-də Azərbaycan Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədən bəhs etdi. S.Qafarova dövlət başçısının Nazirlər Kabinetində, Prezident Administrasiyasında və Milli Məclisdə həyata keçirilən islahatların uğurla davam etdiriləcəyi haqda dediklərinə diqqət çəkdi.
Dedi ki, koronavirus pandemiyası bütün dünyada ciddi problemlərə yol açıb. “Amma əminənm ki, həyata keçirilən tədbirlər və düşünülmüş siyasət həm insanlarımızın sağlamlığını qorumağa, həm də dəymiş iqtisadi zərərin aradan qaldırılmasına kömək edəcək”.
Prezidentin Avropa Şurası Parlament Assambleyasını tənqid etməsinə toxunan sədr bu barədə də danışdı. Son 10 ildə AŞ PA-dakı Azərbaycan nümayəndə heyətinin üzvü olduğunu deyən S.Qafarova bir çox hallarda bu qurumda ölkəmizə qarşı aparılan kampaniyanın şahidi olduğunu bildirdi: Bəzən təşkilatdakı erməınipərəst qüvvələr ermənilər də artıq Azərbaycana qarşı qaralama kampaniyası aparıblar”. Sədr dedi ki, bu təşkilat Dağlıq Qarabağda keçirilən saxta “seçki”lərə münasibət bildirməyib: “Biz Milli Məclis olaraq AŞ PA-nın bu davranışını qəti şəkildə pisləyirik. Bununla əlaqədar Milli Məclis AŞ PA-ya etiraz məktubu göndərib”.
