Milli Məclisin ötən iclasında Baş nazir Əli Əsədovun videokonfrans şəklində təqdim etdiyi hesabatla bağlı deputatların çıxışları, təklif və tövsiyələri toplanaraq Nazirlər Kabinetinə göndərilib. Bunu Milli Məclisin sədri Sahibə Qafarova hazırda davam edən plenar iclasda söylədi. Xanım spiker deputatlara xitabən təklif etdi ki, kiminsə əlavə təklifləri, təşəbbüsləri, tövsiyələri varsa, yenə də təqdim edə bilər və bütün bunlar toplanaraq hökumətə ünvanlanacaq.
