Milli Məclisin plenar iclası öz işini davam etdirir. Qeyd edək ki, budəfəki iclasda bütün yaş qruplarına aid deputatlar iclasa qatılıb. Bundan əvvəl Nazirlər Kabineti yanında Operativ Qərargahın 65 yaşdan yuxarı şəxslərin küçəyə çıxmasına qadağası ilə bağlı 30-dək deputat parlamentin bundan əvvəlki iclasında iştirak etmirdi. Deputatların əksəriyyətinin iclasda iştirakı və bələdiyyələrlə bağlı hesabatın müzakirəyə çıxarılması səbəbindən müvafiq qurumun təmsilçilərinin də zalda olması səbəbindən, arada iki metrlik sosial məsafə saxlanılması tələbinə əməl etmək üçün bir sıra deputatlar, xüsusən gənclər digər boş stullarda əyləşiblər.
Qeyd edək ki, ötən iclasda sədr Sahibə Qafarova yaşı 65-i keçmiş deputatların iclaslara qatılmaması barədə hər hansı tələbin olmadığını demişdi.
