|
Mayda hava əlaqələri bərpa olunacaqmı?

"Hazırda xaricdə olan Azərbaycan vətəndaşlarının da ölkəyə gətirilməsi üçün çarter reyslərinin həyata keçirilməsi nəzərdə tutulur".

Bu fikri Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O, bildirib ki, gətirilmədə biletləri olanlara, azyaşlılara, qocalara üstünlük verilərək vətəndaşlarımız ölkəyə gətiriləcək: “Həmin vətəndaşlar yenə də xüsusi karantin zonalarında yerləşdiriləcək, onlardan test nümunələri götürüləcək. May ayı ərzində də yükdaşımalar istisna olmaqla, hava əlaqələrinin bərpası nəzərdə tutulmur”.