Çinin Uhan şəhərində meydana çıxıb, dünyanın bəlasına çevrilən koronavirusa bu günə qədər 2 milyon 107 min nəfərdən çox insan yoluxub, 136 min 988 nəfər isə dünyasını dəyişib. Mütəxəssislər bu virusun yarasalardan insana keçdiyini bildirir.
Myanma alimlərinin yarasalar üzərində apardığı araşdırmanın nəticəsi isə eşidənləri daha da dəhşətə gətirib. Belə ki, alimlər yarasalarda 6 yeni tip koronavirus aşkarlayıb. Araşdırmaçı alimlər həmçinin qeyd edib ki, həmin 6 yeni tip koronavirusun ikisi Covid-19, Sars və Mers virusları ilə heç bir yaxın əlaqəsi yoxdur.
Alimlər indi həmin virusların insanlara yoluxma potensialını araşdırmağa çalışır. Alimlərin fikrincə yarasalarda hələ də kəşf edilməmiş minlərlə koronavirus ola bilər.
Xatırldaq ki, bu günə qədər yarasalardan insanlara dəhşətli Ebola, Sars, Mers, koronavirus xəstəlikləri keçib. Adı çəkilən viruslar ucbatından dünya ölkələrində minlərlə insan dünyasını dəyişib. Bununla belə Çində və digər Cənub-Asiya ölkələrində hələ də yarasa əti yeyilir. Koronavirus bəlasının nəticələrinə baxmayaraq martın sonlarından Çin bazarlarında yarasa ətinin satışı yenidən bərpa olunub.
