"Ölkəyə qayıtmaq üçün ümumilikdə bu günə qədər 47 ölkədən 5 104 müraciət daxil olub".
Bu fikri Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransınfds Diasporla iş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov deyib.
O, bildirib ki, xaricdə yaşayan diaspor fəalları ilə də maraqlanırlar: "Koronavirusa yoluxanlar arasında diaspor fəalları var. Onların səhhəti ilə bağlı daim maraqlanılır. Yoluxanlar arasında İsveçrə, ABŞ,Fransa, Almaniya, Ukrayna və digər ölkələrdə yaşayan diaspor üzvləri var. Biz görürük ki, xaricdə yaşayan soydaşlarımız bir-birilərinə dəstək olurlar. Bu, çox yaxşı haldır".
Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev isə bildirib ki, diplomatik nümayəndəliklərimizin şəxsi heyəti arasında hələ ki, yoluxma baş verməyib: "Onlar gücləndirilmiş iş rejimində fəaliyyət göstərib, vətəndaşlarımıza xidmət edirlər. Bu, dövlətimiz tərəfindən onlar qarşısında əsas şərt kimi qoyulub".
