Koronovirus epidemiyası ilə mübarizə çərçivəsində Nigeriyanın bəzi əyalətlərində tətbiq olunan küçəyə çıxma qadağası müddətində təhlükəsizlik qüvvələri son iki həftədə 18 nəfəri öldürüb.
Avropa.info xəbər verir ki, bu barədə Beynəlxalq İnsan Haqları Komissiyasının (NHRC) yaydığı hesabatda deyilir. Hesabatda təhlükəsizlik qüvvələrinin Kaduna əyalətində 12, Abia əyalətində 2, Delta, Niger, Ebonyi və Katsina əyalətlərində isə bir nəfər öldürdüyü qeyd edilib.
Bundan əlavə küçəyə çıxma qadağasına tabe olmayan 33 nəfərə işgəncə verilib, baş verən hadisələrdə xeyli adam yaralanıb.
Qeyd edək ki, 373 koronovirus yoluxmasının qeydə alındığı Nigeriyada virusdan indiyədək 11 nəfər vəfat edib.
