ABŞ ümummilli səviyyədə koronavirusa yoluxma hallarının pik nöqtəsini artıq keçiblər.
Musavat.com Trend-ə istinadən bildirir ki, bu barədə Ağ Evdə brifinq zamanı ABŞ prezidenti Donald Tramp jurnalistlərə deyib.
D.Tramp: "Biz bütün hallarda ayıq olmalıyıq. Bizim strategiyamız işləyir və çox yaxşı işləyir. Pandemiyaya qarşı mübarizə davam edir, lakin məlumatlar göstərir ki, biz ümummilli səviyyədə koronavirus infeksiyasına yoluxma hallarının pik nöqtəsini keçmişik".
