Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın növbəti mətbuat konfransı keçirilib.
Mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov və TƏBİB-in rəhbəri Ramin Bayramlı iştirak edib.
Ramin Bayramlı çıxışında bildirib ki, bu günə qədər koronavirusla bağlı 75 min 397 nəfər testdən keçirilib. Yoluxma halları əsasən 50 yaşdan yuxarı şəxslər arasında müşahidə edilir. 0-9 yaş arası şəxslər arasında da yoluxma halları qeydə alınıb.
R.Bayramlı deyib ki, yoluxan şəxslər arasında qadınlar qismən üstünlük təşkil edir.
TƏBİB rəhbəri bildirib ki, ölkədə karantin rejiminin sərtləşdirilməsi yoluxma hallarının kəskin şəkildə azalmasına səbəb olub.
R.Bayramlı karantin rejiminə əməl edən vətəndaşlara, karantin rejimində iş başında olan bütün dövlət qurumlarının əməkdaşlarına təşəkkür edib.
R.Qubanlı söyləyib ki, Türkiyədə təhsil alan 20 nəfər azərbaycanlı mütəxəssis ölkəyə gəlib: "Ölkə rəhbərliyinin dəstəyi ilə onlar dünən təyyarə ilə Bakıya gəldi. 3 ay müddətinə ölkələrinə xidmət edəcəklər".
