Rusiya Dövlət Dumasının deputatı İlya Ponomaryovun toxunulmazlıq hüququ əlindən alınıb.
Dumanın bu gün keçirilən plenar iclasında səsvermə nəticəsində belə bir qərar qəbul olunub. Səsvermə zamanı 435 deputat qərarın lehinə, 1 nəfər isə, əleyhinə səs verib.
Ponomaryov Baş Prokurorluq tərəfindən “Skolkovo” fondundan pul mənimsəməkdə ittiham olunur.
Rus deputat hazırda Amerika Birləşmiş Ştatlarındadır. Ponomaryov ona qarşı səsləndirilən ittihamları rədd edib və bildirib ki, ittihamlar siyasi motivlidir.
Ponomaryov keçən il Krımın Rusiyaya birləşdirilməsinə qarşı səs verən yeganə deputatdır.
