Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın növbəti mətbuat konfransı keçirilir.
Mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov və TƏBİB rəhbəri Ramin Bayramlı iştirak edir.
Ramin Bayramlı çıxışında bildirib ki, Naxçıvan və Gəncədə ən müasir laboratoriyalarla təchiz edilmiş və bütün avtomatlaşdırılmış diaqnostika laboratoriyaları qurulub.
Onun sözlərinə görə, növbəti həftədə Şəkidə, daha sonra isə Sumqayıtda labaratoriyalar qurulacaq.
"Karantin rejimin yumşaldılması ilə bağlı tədbirlərinin görülməsi sosial-iqtisadi baxımdan vacibdir. Amma karantin rejiminin yumşaldılması tədricən nə nəzarətlə həyata keçirilə bilər"- deyə R.Bayramlı söyləyib.
R.Bayramlı deyib ki, 20 apreldən etibarən karantin rejimindən tədricən çıxılması üçün Nazirlər Kabinetinə müraciət edilə bilər. Bununla bağlı hazırlanan təkliflər Operativ Qərərgah təqdim ediləcək.
TƏBİB rəsmisi deyib ki, önümüzdə olan bir il ərzində həyat tərzimizi dəyişməli və vəziyyətin ciddiliyini qəbul etməliyik ki, yenidən kütləvi yoluxmaların baş verməsi yaşanmasın.
