|
Ölkədə komendant saatı tətbiq ediləcək?

Ölkədə komendant saatının tətbiq edilməsi ilə bağlı göstərici yoxdur.

Bu sözləri Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov Operativ Qərargahın brifinqində deyib.

O qeyd edib ki, hazırda həyati vacib strukturlarda çalışan insanlar arasında icazələrdən sui-istifadə edənlər var:

"Onlara müraciət edilir ki, bu icazədən sui-istifadə etməsinlər. Baxmayaraq ki, yoluxmanın səviyyəsi aşağı düşür, qaydalara əməl olunması tövsiyə edilir".