|
Son 24 saatda 74 mindən çox insan COVID-19 infeksiyasına yoluxub

Son sutka ərzində dünyada koronavirus infeksiyasına 74 mindən çox insan yoluxub, təxminən 7 min nəfər də bu virusun qurbanı olub.

APA xəbər verir ki, bölgələr və ölkələr üzrə COVID-19 virusuna yoluxanların qeydiyyatını aparan “Worldometer” bu barədə məlumat yayıb.

14 aprel tarixli statistikaya görə, dünyada indiyədək 1 997 860 nəfər yeni növ koronavirusa yoluxub, 126 599 nəfər isə bu ölümcül virusun qurbanına çevrilib. Son gün ərzində 74 012 insanda koronavirus aşkarlanıb, ölənlərin sayı isə 6981 nəfər artıb.