|
100 min dollara oyuncaq ev düzəltdirdilər

Hollivud ulduzu Corc Kluni və həyat yoldaşı Amal Kluni əkiz uşaqları üçün oyuncaq ev hazırlatdırıblar.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki , cütlük evin hazırlanması üçün 100 min dollardan (təxminən 170 min manat) çox pul xərcləyib.

 

Məşhurların Kaliforiyadakı mülkündə yerləşən evdə gölməçə, mətbəx, hovuz və zürafənin real ölçülərini xatırladan gəlincik də var.

Qeyd edək ki, layihənin yaradılması üzərində məşhur ekspertlər Barbara Batler və Maykl Smit işləyib.