|
ABŞ-ın məşhur aparıcısı və arvadı koronavirusa yoluxub

ABŞ-ın məşhur aparıcısı Corc Stefanopulos koronavirus pandemiyasına yoluxub.

Axşam.az xarici KİV-ə istinaən xəbər verir ki, "Sabahın xeyir, Amerika" şousu ilə tanınan sənətçi COVID-19 testindən keçib və cavab pozitiv çıxıb.

 

Bundan əvvəl CNN-in iki aparıcısı koronavirusa yoluxmuşdu - Kris Kuomo və Bruk Bolduin.

Virusa ailədə ilk olaraq Corcun aktrisa və yazıçı həyat yoldaşı Eli Uentuort yoluxub. Daha sonra aparıcı özündə əlamətləri hiss etməyə bşlayıb. Hazırda Corc və xnımı müalicə alır.