Amerikalı məşhur aktyor Alek Boldvinin xanımı Hilariya Boldvin sosial şəbəkədə hamiləlik fotosunu paylaşıb.
Axşam.az xəbər verir ki, 4-cü övladını dünyaya gətirməyə hazırlaşan 36 yaşlı aktrisa hamiləliyinin 5-ci ayında olduğunu bildirib.
Gecə geyimində çəkdirdiyi fotosunu İnstaqramda paylaşan Hilariyanın şişmiş qarnı diqqət çəkib.
Qeyd edək ki, ötən ilin noyabrında aktrisanın hamiləliyi 2-ci dəfə uğursuz alınmışdı. 8 il əvvəl evlənən cütlüyün 4 uşaqları var.

