Türkiyə Böyük Millət Məclisi həbsxanalarda yayılma təhlükəsi ilə əlaqədar məhbusların bir qisminin müvəqqəti azadlığa buraxılmasını nəzərdə tutan qanun layihəsini qəbul edib.
"Anadolu" agentliyinin yaydığı məlumata görə, müvəqqəti azadlığa çıxanların sayı 90 min nəfərə çatacaq. Qanun ağır cinayət törətməyən 65 yaşdan yuxarı olan məhbusları, 6 yaşdan aşağı uşağı olan qadınları əhatə edəcək. Terrora, xüsusilə ağır cinayətə, həmçinin qadınlara qarşı zorakılığa görə həbs olunanlara qanun şamil edilməyəcək.
"Reuters" agentliyinin məlumatına görə, bu qərar mayın 31-dək qüvvədə olacaq. Lakin Türkiyədə koronavirusa yoluxma halları çoxalarsa ondan sonra da uzadıla bilər.
