|
Azərbaycan Dövlət Akademik Filarmoniyasının artistləri də “Evdə qal” kampaniyasına qoşulub - Video

Dünyanın bəlasına çevrilən COVID-19 pandemiyasına qarşı qabaqlayıcı tədbirlər çərçivəsində “Evdə qal və bizi dinlə” aksiyasına Azərbaycan Dövlət Akademik Filarmoniyasının artistləri də qoşulub. Musavat.com bildirir ki, filarmoniyanın Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestinin ifaçıları solist pianoçu Nərgiz Əliyevanın müşayəti ilə Fikrət Əmirovun “Min bir gecə baleti”ndən “Bağdad bazarı”nı ifa ediblər.

İfa sosial şəbəkə izləyiciləri tərəfindən maraqla qarşılanıb.