Böyük Britaniyada koronavirusdan ölənlərin sayı son sutkada 717 nəfər artaraq 11 min 329-a çatıb.
AZƏRTAC xəbər verir ki, Xarici işlər naziri Dominik Rab tətbiq olunan komendant saatının xəstəliyin yayılmasının qarşısını aldığını bildirib. O, bu məhdudiyyətlərin bir müddət davam edəcəyini söyləyib. Həmçinin Pasxa (Ester) bayramı zamanı insanları evdə qalmağa və sevdiklərini qorumağa çağırıb.
Baş Nazir Boris Consonun səhhəti haqqında məlumat verən Rab onun bir müddət vəzifəsinə başlamayacağını açıqlayıb.
