|
OPEK+ razılaşması Rusiya üçün məğlubiyyətdir

Bloomberg: Moskva bu addımı məcburən atdı

Neft hasilatının azaldılmasına dair OPEK+ çərçivəsində əldə olunmuş razılaşmanın şərtləri Rusiya üçün məğlubiyyətdir. Musavat.com xəbər verir ki, bu barədə Bloomberg agentliyinin dərc etdiyi məqalədə qeyd olunur.

Agentlik qeyd edir ki, 2016-cı ildən mövcud olan razılaşma martın əvvəllərində Rusiyanın Səudiyyə Ərəbistanının hasilatı bu ilin ikinci rübündə 1.5 milyon barel də azaltmaq təklifini qəbul etməməsi üzündən dağıldı. Bu həcmin 500 min bareli Rusiyanın payına düşəcəkdi. Onda Moskva bunu həddindən artıq ağır yük kimi qiymətləndirərək imtina etdi və razılaşma formatı dağıldı.

Səudiyyə Ərəbistanını aprelin əvvəlində 9,8 milyon bareldən 12,3 milyon barelə çatdırması, həmçinin koronavirus pandemiyasına görə neftə tələbin kəskin azalması qiymətləri dibə sürüklədi. Və Rusiya OPEK+ çərçivəsində yeni danışıqların təşəbbüskarlarından birinə çevrilərək, bu dəfə sutkalıq hasilatı 2,5 milyon barel azaltmağa razılaşmağa məcbur oldu: “Bazarlardakı tənəzzül fonudna prezident Vladimir Putin gündəlik hasilatı 2,5 milyon barel azaltmağa razı oldu. Bu, onun martın əvvəlində imtina etdiyi həcmdən 5 dəfə böyük həcmdir. Eyni zamanda bu, martdakı hasilat səviyyəsindən hesabladıqda Səudiyyə Ərəbistanının da azaldacağı həcmdən çoxdur”.

Bloombergin Kremldəki mənbələri bildiriblər ki, razılaşmas yüngüllük gətirsə də, Rusiya üçün “ağrılı uğursuzluq” kimi görünür. Rusiya hökuməti bu uğursur addımı atmağa, sadəcə, məcbur olub.