|
“Məni əzmək istəyənlərin...”

“Dost nə deməkdir?! Bir çoxu bunu həqiqətən anlamır! Cüzi qədər də pislik etməmişəm, amma nədənsə qarşı tərəfdən mənasız, yersiz hərəkətlər çox gördüm...”

Musavat.com xəbər verir ki, bu sözləri müğənni Samir Cavadzadə sosial şəbəkədə yazıb. İfaçı dostlarının ona  olan münasibətindən şikayətlənib:
“Mən sakitcə aralanmışam. Bir şeyi dəfələrlə görüb anlayıram ki, heç vaxt pis durumunu adamlara göstərmək olmaz! Mütləq bundan istifadə edib, səni aciz bilib, artıq bəyənməyəcəklər və daha da əzməyə çalışacaqlar! Hər kəsə sadiq və əsl dost arzusu ilə”.

İfaçı daha sonra ona şərh yazanlara cavab verərkən “Məni əzmək istəyənlərin özləri yox olurlar”, - deyə bildirib.

Onun bu açıqlaması qalmaqal yaşadığı Nura Suriyə mesaj olaraq qiymətləndirilib. 

Qeyd edək ki, müğənni son olaraq yaxın dostlu, müğənni Nura Suri ilə qalmaqal yaşayıb.

Nura Samirin ünvanına “Anasına zəng vurmayan adamdır” sözlərini demişdi. Samir isə onun bu açıqlamasına sərt reaksiya vermişdi.