|
"Rusiya SSRİ kimi dağılacaq"

Rusiyaya SSRİ-dən özünüdağıtma genetik xəstəliyi miras qalıb. Bu, Ukraynaya sərfəli ola bilər.

Axar.az xəbər verir ki, bunu “Obozrevatel”ə müsahibəsində Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının keçmiş katibi Aleksandr Turçinov deyib.

“SSRİ-nin çöküşünə bir il qalmış heç kim bunun mümkün olacağını təsəvvür etmirdi. Rusiyaya SSRİ-dən təkcə aqressiv totalitar ideologiya, nüvə silahı və hərbi strategiya miras qalmayıb. Rusiya dağılmağa məcbur, palçıqlı ayaqlara malik nəhəngdir. Ukrayna bunun sayəsində təkcə Donbas və Krımı qaytarmayacaq”, – deyə o bildirib.