|
Koronavirusa görə işsiz qalan Ebrudan komandasına jest

Koronavirus səbəbi ilə işləməyən türkiyəli müğənni Ebru Gündeş işçilərini maaş sisteminə keçirib.

ISçilərini çətin vəziyyətdə qoymaq istəməyən sənətçi 30 nəfərdən ibarət kollektivinin hər birinə 4 min lirə (təxminən 1000 manat) məvacib verib.

Ümumi olaraq 120 min lirə (30 min manat) xərcləyən E.Gündeş karantindən öncəki konsertində 450 min lirə (112 min manat) gəlir əldə etmişdi.