|
Doğum, cehiz və mənzil üçün QANUN-

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, doğum, cehiz və mənzil yardımını əhatə edən "torba" adlı qanunu təsdiqləyib. Cia.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, birinci uşaq üçün 300, ikinci uşaq üçün 400, üçüncü və sonrakı uşaqlar üçün 600 Türkiyə lirası doğum yardımı veriləcək.

Kömək Türkiyə vətəndaşı olan ana və ya ataya, hər ikisi Türkiyə vətəndaşıdırsa, yalnız anaya ediləcək. Doğum yardımı heç bir vergi və kəsintiyə məruz qalmadan ödəniləcək.

Banklarda Türkiyə lirəsi ilə cehiz hesabı açanlara da dövlət payı veriləcək. Bunun üçün minimum 3 illik bank hesabının olması, 27 yaşdan əvvəl ilk evlilik və evlənmədən sonra banka müraciət şərtləri əsas götürüləcək. Dövlət payı hesabda yığılan ümumi məbləğin 20 faizini edəcək, amma maksimum 5 min liranı keçməyəcək. Türkiyə lirası ilə mənzil hesabı açanlara isə minimum 3 il ərzində bank sistemində qalmaları şərtilə ilk və tək mənzil alanlara dövlət payı veriləcək.

Mülk payı hesabda yığılan məbləğin 20 faizini təşkil edəcək, maksimum 15 min liranı keçməyəcək.

Cia.az