|
Şahzadə Harrini gözləyən təhlükə:

İngiltərə krallıq ailəsindən ayrılan və 31 mart tarixindən rəsmi sənədləri tamamlanan şahzadə Harri və xanımı Meqan Markl yeni həyata başlamaq üçün ABŞ-a köçüb. Bununla da hər kəs onların nə işlə məşğul olacaqlarını, necə yaşayacaqlarını, müstəqil şəkildə necə maliyyə qazanacaqlarını həyəcanla gözləyir. Artıq sadə vətəndaş kimi yaşamağı seçən şahzadə Harrinin qarşısında hazırda sonu bilinməyən bir həyat durur.

Əvvəllər krallıq ailəsindən yazan yazıçı Dunkan Larkomb yeni həyatında şahzadə Harrini gözləyən təhlükədən söz açıb. Təcrübəli yazıçı heç bilmədiyi bir həyata addım atan, universitet təhsili və peşəsi olmayan Harrinin yeni həyatında çox çətinliklərlə üzləşə biləcəyini qeyd edib. Larkomb həmçinin bildirib ki, Harri xanımı Meqan Markelin kölgəsində qala bilər.
Yazıçı məqaləsində ölkəsinin koronavirusla mücadilə etdiyi bir dövrdə öz ailəsinin yanında ola və dəstək verə bilmədiyi üçün Harrinin özünü çox aciz hiss edə biləcəyindən bəhs edib:

“Harri universitet təhsili almayıb, ordudakı xidmətindən və xeyiriyyəçilik fəaliyyətindən başqa onun heç bir sənəti yoxdur. Buna görə də Harri bundan sonra ailəsi üçün daha çox darıxacaq, özünü çarəsiz, sudan çıxmış balıq kimi hiss edəcək”.
Qeyd edək ki, kral ailəsindən rəsmi olaraq ayrılan Harri və Meqanın Kanadaya köçəcəkləri bildirilirdi. Lakin cütlük gözlənilmədən ABŞ-a, Los-Ancelasa üz tutub.

Bu qərardan xəbərdar olan ABŞ prezidenti Donald Tramp öz “Tvitter” səhifəsində açıqlama yayaraq bildirdi ki, ABŞ cütlüyün təhlükəsizliyi üçün maliyyə ayırmayacaq:

“Mən kraliça və İngiltərə krallığının dostu və pərəstişkarıyam. Lakin cütlüyün təhlükəsizliyi üçün maliyyə ayrılmayacaq”. Buna cavab olaraq cütlük ABŞ-da dövlət tərəfindən maliyyələşdirilən təhlükəsizlik tələb etmək planları olmadığını açıqlayıb.